undefined product image
undefined product image

MUB/T Izolasiyalı kanal fanlar

120°C-yə qədər orta temperatur şəraitləri üçün güclü və səmərəli havaçıxarma fanları

  • Mətbəx və sənaye mühitləri üçün

  • 120°C-yə qədər hava temperaturunda fasiləsiz işləmə imkanı

  • Daxili kondensat qabı və drenaj tıxacı daxil

  • 30 mm akustik və istilik izolyasiyası

  • Çevik hava axını istiqaməti

  • Daxili və xarici quraşdırma üçün uyğun

  • Modul sistemi aksesuarlar

  • 50 və 60Hz üçün AC və EC mühərrikləri ilə mövcud

  • ZM310 korpus panelləri, C5 korroziya sinfi ilə

Tətbiq sahəsi

MUB/T fanları xüsusi olaraq mühərrikin hava axınından kənarda yerləşdirilməli olduğu mətbəx mühitindən və ya sənaye tətbiqlərindən hava çıxarmaq üçün nəzərdə tutulub. Alt hissədə yerləşən drenaj tıxaclı kondensat qabı toz, yağ və suyun toplanmasını təmin edir.

MUB/T və MUB/TS fanlarında qulplu xidmət qapısı vasitəsilə asan texniki xidmət təmin edilir.

Çeviklik

Növündən asılı olaraq MUB/T fanlar düz və ya 90 ° hava axını üçün nəzərdə tutulub. Hava istiqaməti saytda asanlıqla dəyişdirilə bilər. Korpusun konstruksiyası və istilik izolyasiyası onların həm açıq havada, həm də bina daxilində istifadəsinə imkan verir.

Performans

Yüksək performanslı alüminium işçi çarxı və yüksək səmərəli mühərriklər enerji sərfiyyatını minimuma endirmək və səmərəliliyi maksimuma çatdırmaqla yüksək səviyyəli iş göstəricilərini təmin etmək üçün nəzərdə tutulmuşdur.

Modulluq

Elastik birləşmələr, amortizatorlar, dam baza çərçivəsi və s. kimi müxtəlif növ aksesuarlar sayəsində istənilən havalandırma sistemini istəyinizə uyğun dizayn etmək asandır.

Qızdırıcılar, soyuducular, səsboğucular, filtrlər və ya karbon filtrləri kimi bəzi aksesuarların eyni tip korpusda quraşdırıldığı xüsusi modul sistemlərdən istifadə etməklə siz hətta sadə bir hava təchizatı və ya hava çıxarışı qurğusu da layihələndirə bilərsiniz.

Systemair Aksesuarları – mükəmməl uyğunluq!

Layihəniz üçün ən optimal ventilyasiya həllərini təmin edərkən dizayn və quraşdırmada vaxta qənaət edin.

Featured accessories for your MUB/T-fan

GRU, Filter base frame
GRU
Filter base frame
WSD, Weather protection roof
WSD
Weather protection roof
WSG weather protection guard, Weather protection guard
WSG weather protection guard
Weather protection guard

Features

Konstruksiya

Korpus panelləri ikiqat divarlı ZM310 panellərdən hazırlanmışdır və C5 korroziya davamlılığına malikdir. Panellər 30 mm qalınlığında daş yunundan hazırlanmış akustik və istilik izolyasiyası ilə təchiz olunub.

MUB/T və MUB/T-ECO fanları 90° hava axını üçün nəzərdə tutulub.

MUB/TS fanları (düzxətli) birbaşa hava axını üçün nəzərdə tutulub.

Servis qapılarının yerini dəyişərək hava axınının istiqamətini quraşdırma yerində asanlıqla yenidən konfiqurasiya etmək mümkündür (MUB /T).

MUB/T və MUB/T-S modelləri əvvəlcədən qoşulmuş texniki baxış açarı (revision switch) ilə təchiz edilir.

MUB/T-ECO modeli isə texniki baxış açarı və servis qapısı yoxdur.

Drenaj tıxaclı alüminium damcı korpusun altına yerləşdirilir.

İşçi çarxı

MUB/T fanları geriyə əyilmiş qanadları olan radial çarxdan istifadə edirlər. Bunlar alüminiumdan hazırlanmışdır, dinamik balanslaşdırılmışdır və IE3 səmərəlilik sinifli IEC mühərriki və ya EC mühərriki ilə birləşdirilmişdir.

Mühərrik

Növündən asılı olaraq MUB/T fanları AC və ya EC xarici rotor mühərrikləri ilə təchiz edilir. Mühərriklər 50Hz və 60Hz üçün uyğundur.

Mühərrik mühafizəsi

Növündən asılı olaraq AC mühərrikləri əl ilə (elektrik ilə) sıfırlanan inteqrasiya olunmuş istilik mühafizəsinə, əvvəlcədən qoşulmuş TK termokontaktına və ya mühərrik mühafizə qurğusuna qoşulmaq üçün çıxışları olan PTC termistoruna malikdir.

EC mühərrikli fanlar, kilidlənmiş rotordan qorunma və yumşaq işə salma(soft-start) daxil olmaqla inteqrasiya edilmiş elektron istilik qorunmasına malikdir.

İdarəetmə

İş nöqtəsini tənzimləmək üçün daxili potensiometri olan EC mühərrikləri 0-10V xarici siqnalla da idarə oluna bilər.

EC mühərrikləri, növündən asılı olaraq ModBus rabitəsi və ya xəta siqnalı ilə təchiz edilmişdir.

AC mühərrikləri 5 pilləli və pilləsiz sürət tənzimləyicisi, D/Y açarı və ya tezlik çeviricisi ilə idarə oluna bilər.

Quraşdırma

Düzgün drenaj üçün MUB/T fanları damcı qabı aşağı vəziyyətdə quraşdırılmalıdır. Fanlar daxili məkanlarda istənilən vəziyyətdə, hava qorunması ilə birlikdə açıq məkanlarda quraşdırıla bilər . Baza çərçivəsi (base frame) quraşdırıldıqda MUB/T fanları döşəmə üzərində yerləşdirilə bilər.Vibrasiyanın kanallara ötürülməsinin qarşısını almaq üçün elastik birləşmələr tövsiyə edilir.

Systemair Azərbaycan, Qafqaz Biznes Mərkəzi, Heydər Əliyev Prospekti 95, AZ-1029 Bakı, Azərbaycan
Azerbaijan · Azərbaycan Flag
Azerbaijan · Azərbaycan