Lüks otelin hovuz zonasının dəqiq ventilyasiya həlləri ilə təmin edilməsi

Systemair tarixi binada optimal daxili iqlimin təmin edilməsi üçün fərdiləşdirilmiş həllər təqdim edib

Case Study: Adare Manor Hotel & Golf Resort

Project highlights

Tarixi binana fasadı

Adare Manor Hotel & Golf Resort XVII əsrə aid tikilinin bəzi divarlarını qoruyub saxlayaraq XIX əsrin əvvəllərində inşa edilmişdir.

Yüksək texniki tələblərə malik xüsusi layihə

Layihənin əsas tələbi lüks otelin standartlarına uyğun, qonaqlara ən yüksək səviyyədə komfort və rahatlıq təqdim edən həllərin təmin edilməsi idi

Fərdiləşdirilmiş həllərə ehtiyac

Müştəri hovuz ventilyasiyası tətbiqləri sahəsində zəngin təcrübəyə malik təchizatçılarla əməkdaşlığa böyük önəm verirdi.

Project Facts

Region
Europe
Completion
2021
Applications
Hospitality
Systemair supplied

Menerga Thermocond Air Handling Unit.
AQUA-3-8-1000 Slot Diffusers
KV DUO 150EC Twin Extract Fans

About T Bourke company

Region
Europe
Employees
100–1000
Established
1968

Tarixi bina

Adare Manor İrlandiyanın Limerik qraflığının Adare kəndində, Maigue çayının sahilində yerləşir və vaxtilə Dunraven və Mount-Earl qraflarının iqamətgahı olub. Mövcud bina XIX əsrin əvvəllərində inşa edilsə də, onun tikintisində XVII əsrə aid əvvəlki tikilinin bəzi divarları qorunub saxlanılmışdır. Hazırda bu tarixi məkan lüks Adare Manor Hotel & Golf Resort kimi fəaliyyət göstərir.

Layihənin unikallığı və ən yüksək keyfiyyət standartlarına cavab verən məhsullara olan tələbat səbəbindən, sifarişçi üzgüçülük hovuzları üçün ventilyasiya sistemləri sahəsində dərin ekspertizaya və zəngin təcrübəyə malik təchizatçılarla əməkdaşlığa xüsusi önəm verirdi.

Ən yüksək səviyyədə dəqiq nəzarət

Bu tələbləri nəzərə alaraq, Systemair aşağıdakı həlləri təqdim etmişdir:

  • Menerga Thermocond hava emal qurğusu (Air Handling Unit)

  • AQUA-3-8-1000 slot diffuzorları

  • KV DUO 150EC ikili çıxarış ventilyatorları (Twin Extract Fans)

Menerga Thermocond hava emal qurğusu yüksək keyfiyyətli komponentlərin dəqiq idarəetmə və tənzimləmə sistemləri ilə birləşməsi sayəsində seçilmişdir. Bu həll, ən yüksək komfort səviyyəsini təmin etməklə yanaşı, sistemin hər zaman iqtisadi və səmərəli işləməsinə zəmanət verir.

AQUA-3-8-1000 slot diffuzorları hovuz zalındakı pəncərə cəbhələrinin ön hissəsində quraşdırılmışdır. Onların əsas vəzifəsi pəncərələrin buxarlanmasının və dumanlanmasının qarşısını almaqdır.

KV DUO 150EC ikili çıxarış ventilyatorları isə geyinmə otaqlarında effektiv hava mübadiləsini təmin etmək üçün quraşdırılmışdır.

Featured Products

KV, Yüksək səmərəli divara quraşdırılmış kanal fanı
KV
Yüksək səmərəli divara quraşdırılmış kanal fanı
Systemair Azərbaycan, Qafqaz Biznes Mərkəzi, Heydər Əliyev Prospekti 95, AZ-1029 Bakı, Azərbaycan
Azerbaijan · Azərbaycan Flag
Azerbaijan · Azərbaycan