Yüksək səmərəli divara quraşdırılan kanal fanı
AC və EC mühərrikləri ilə mövcuddur
Divara və ya tavana quraşdırla bilər
Etibarlı və hava keçirməz konstruksiya
Səs və enerji baxımından optimallaşdırılmış çarx
KV fanları hava verilməsi və ya hava çıxarılması üçün nəzərdə tutulub. Onlar divara və ya tavana quraşdırıla bilir və müxtəlif tələblərə uyğun çevik tətbiq imkanları təqdim edir. Bu xüsusiyyət onları həm kommersiya, həm də yaşayış obyektləri üçün uyğun edir.
Fanın hava keçirməyən korpusu və korroziyaya davamlı konstruksiyası tələbkar daxili mühitlərdə etibarlı işləməni təmin edir. Korpus və mühərrikin etibarlı dizaynı texniki xidmət ehtiyacını minimuma endirir və uzunmüddətli fasiləsiz istismara imkan verir.
Səs baxımından optimallaşdırılmış radial çarx və yüksək səmərəli xarici rotorlu mühərrik aşağı enerji sərfiyyatı ilə yüksək performans və maksimum effektivlik təmin etmək üçün nəzərdə tutulmuşdur.
KV fanları sürətli sıxaclar, qızdırıcılar, filtrlər, damperlər və digər müxtəlif aksesuarlarla birlikdə seçilə bilər.
Sinklənmiş təbəqə poladdan hazırlanmış korpus, C3 korroziya sinfi ə EN 1751 standartına uyğun olaraq C sinif hava keçirməzlik təmin edir. Fanlar IP55 qoruma sinifli xarici terminal qutusu ilə təchiz olunmuşdur.
KV fanaları arxaya əyilmiş qanadlara malik radial çarxlardan istifadə edir. Çarxlar yüngül və davamlı şüşə liflə gücləndirilmiş poliamiddən hazırlanır, dinamik balanslaşdırılır və uyğun xarici rotorlu mühərriklərlə birləşdirilir.
KV fanları modeldən asılı olaraq AC və ya yüksək səmərəli EC xarici rotorlu mühərriklərlə təchiz olunur. Bütün mühərriklər 50 Hz və 60 Hz tezlikləri üçün uyğundur.
AC mühərrikli fanlar əl ilə sıfırlanan inteqrasiya olunmuş termik mühafizə ilə təchiz edilir. 100 və 125 ölçülü modellərdə əlavə olaraq impedans mühərrik mühafizəsi mövcuddur.
EC mühərrikli ventilyatorlar isə inteqrasiya olunmuş elektron termik mühafizə, bloklanmış rotor mühafizəsi və yumşaq işə salınma (soft-start) funksiyalarına malikdir.
İş nöqtəsini tənzimləmək üçün daxili potensiometri olan EC motoru 0-10V xarici siqnalla da idarə oluna bilər.
AC mühərriki 5 pilləli və ya pilləsiz sürət tənzimləyicisi ilə idarə oluna bilər.
KV fanları təlimata uyğun olaraq 4 vintdən istifadə etməklə yerində lazımi vəziyyətdə ( divar, tavan) bərkidilə bilər. Terminal qutusunun istənilən mövqeydə yerləşdirilməsi mümkündür. Bütün modellər dairəvi kanalı vibrasiyanın qarşısını alan sürətli sıxaclar vasitəsilə birləşdirmək üçün nəzərdə tutulmuş 25 mm-lik tıxac bağlantısı(qoşulma boğazına) malikdir.
Quraşdırma filtr qutuları, səsboğucular və digər mexaniki aksesuarlarla birlikdə həyata keçirilə bilər.