Systemair

Systemair Geniox AHU-ları: bir addım da irəliyə

Geniox AHU-ları L1 (M) Sızma sinfi üçün Eurovent sertifikatlıdır.

Systemair Geniox AHU-larını inkişaf etdirməyə davam edir. L1 (M) sızma sinfi ilə yenilənən korpus, enerjiyə qənaət etmək və ən yüksək səmərəliliyi təmin etmək üçün istilik itkisi və termal körpüləri minimuma endirməklə cihazın öncədən də yüksək olan enerji səmərəliliyini artırır. Cihaz nə qədər kip olarsa, mühərrik bir o qədər az enerji tələb edir. Bundan əlavə, korpus daxili funksiyaları qoruyur və istilik və səs izolyasiyası üçün olduqca effektiv olur.

Cihazın digər bir faydası gigiyenik olmasıdır. Cihazın L1 sinfi ciddi gigiyena meyarları olan xəstəxanalar, apteklər və digər layihələr üçün xüsusilə vacibdir. Hava ilə işləyən cihaz mümkün qədər kip deyilsə, bir hissədəki mənfi təzyiq xaricdən hava alınması ilə nəticələnə bilər. Nəticədə vurulan hava çirklənə bilər. AHU-nun L1 sızma sinifi yüksək gigiyena meyarları olan layihələr üçün bir tələbdir. 

Geniox cihazları istənilən müasir havalandırma sisteminin ürəyidir. İstənilən layihə və ya sənaye üçün ən yaxşı həll yolu tapa bilərsiniz və enerji istehlakınızı azalda bilərsiniz. Cİhazlar enerjinin bərpası texnologiyasında ən son yeniliklərim tətbiq edir. Korpus cihaz işləyərəkən enerji itkisini azaltmaq üçün hazırlanmışdır.

Geniox haqda daha çox oxu

Broşuru yüklə 

Dizayn proqramı SystemairCAD seçdiyiniz cihazın proqnozlaşdırılan enerji sinfi barədə məlumat verir. SystemairCAD-da alternativ iş nöqtələrini istifadə etməklə VAV əməliyyatları üçün ən yaxşı fanı seçə və ən aşağı enerji sərfiyyatını hesablamaya bilərsiniz. SystemairCAD hesablamaları Eurovent tərəfindən təsdiqlənmişdir. 

Daha çox məlumat üçün bizimlə əlaqə saxlayın 

Следуйте за нами в нашем
социальные сети
Feedback