Systemair

Systemair Geniox AHU-ları Gigiyenik Məqsədlidir

İndi bütün modul Geniox AHU-larının üçüncü tərəfin sertifikatlaşdırdığı gigiyenik seçimlərini təklif edirik. Gigiyena artıq bir standart kimi təklifimizə daxildir.

Bütün Geniox materialları və komponentləri hər zaman gigiyena tələblərinə cavab verir. Bundan əlavə, şirkətin ən böyük məhsul seriyası olan bütün modul tipli Geniox AHU seriyası istehsalçının seçim proqramı SystemairCAD-dan istifadə edərək VDI 6022-1 sertifikatlı bir cihaz kimi konfiqurasiya edilə bilər. VDI testləri Almaniyada rəsmi səlahiyyətli üçüncü laboratoriya tərəfindən aparılır. 

Systemair-də AHU məhsulları üzrə direktor Evgeniy Gorelkov qeyd edir ki, "Düzgün tənzimlənən AHU cihazlarının məqsədi yaxşı, sağlam daxili iqlim yaratmaqdır. Sağlam daxili iqlim rifahımızı yaxşılaşdırır, xəstəlik səviyyəsini azaldır və işdə, idmanda və məktəbdə daha yaxşı çalışmağımıza şərait yaradır. Bu gün daxili iqlimin keyfiyyəti həmişəkindən daha vacibdir. Systemair olaraq inanırıq ki, bütün AHU-ları minimum gigiyena tələblərinə cavab verməlidir. Gigiyena yalnız xəstəxanalar üçün deyil, hər yerdə havalandırma üçün standarta çevrilməlidir. "

Gorelkov həmçinin vurğulayır ki, “müştərilərimiz üçün AHU-larda gigiyenanın mahiyyətini daha aydın izah etməliyik.  Bu gün gigiyenaya nəyin daxil olduğu və nəyin tələb edilməsi həmişə aydın olmur. Ünsiyyətimizdə mümkün qədər dəqiq olmağı və ümumi anlaşıqlılığı və şəffaflığı artırmaq üçün dəyərli məlumatları verməyi hədəfləyirik.”  

VDI 6022-1-in diqqət verdiyi məsələlərdən biri asan təmizlikdir. AHU-ların dizaynı cihazın bütün hissələrini təmizləməyə imkan verməlidir. Məsələn, bütün səthlərin hamar olması və kirlərin toplana biləcəyi iti kənarların və ya formaların olmaması şərtdir. Bunlar Systemair Geniox məhsulunu gigiyenik edən sahələrdən yanlız biridir. 

Ətraflı buradan oxuyun.

Следуйте за нами в нашем
социальные сети
Feedback