Systemair

Geniox avadanlıqları #GigiyenikMəqsədlidir™​

Düzgün tənzimlənən AHU avadanlıqlarının məqsədi sağlam daxili iqlim yaratmaqdır. Sağlam daxili iqlim rifahımızı yaxşılaşdırır, xəstəlik səviyyəsini azaldır və işdə, idmanda və məktəbdə daha yaxşı çalışmağımıza şərait yaradır. Bu gün daxili iqlimin keyfiyyəti həmişəkindən daha vacibdir.

 

Systemair olaraq inanırıq ki, bütün AHU-lar #GigiyenikMəqsədli olmalıdır.

Modul Geniox AHU-larında gigiyenik seçimləri bir standart olaraq qəbul etdik və sertifikatlaşdırılmış gigiyenik avadanlıqları istehsal etdik.

Bütün seriya gigiyena tələblərinə cavab verir? Bunu soruşmağa artıq ehtiyac qalmadı. Çünki məhsullarımızın hamısı gigiyena dostudur.

Bizim strategiyamız - Düzgün yol

  • Bütün Geniox materialları və komponentləri gigiyenaya uyğundur və VDI 6022-1-ə uyğun sertifikatlaşdırılmışdır.
  • Seçim proqramımız vasitəsilə Geniox cihazları VDI 6022-1 sertifikatlı bir cihaz olaraq konfiqurasiya edilə bilər.
  • VDI auditi Almaniyadakı rəsmi səlahiyyətli üçüncü bir laboratoriya tərəfindən aparılır. 

Bütün seriyanın VDI6022-1 sertifikatlı versiyaları var

SystemairCAD Seçim proqramımız vasitəsilə bütün modul Geniox cihazları VDI 6022-1 sertifikatlı bir cihaz olaraq konfiqurasiya edilə bilər. Yoxlamalar Almaniyada yerləşən akreditasiyadan keçmiş  SYNLAB laboratoriyası tərəfindən aparılır. Laboratoriya VDI 6022-1 sınaq hesabatlarını və sertifikatlarını təsdiq edir. 

VDI 6022-1-in əsas xüsusiyyətlərindən biri asan təmizlənə bilməsidir. Geniox cihazının dizaynı imkan verir ki, bütün hissələr asanlıqla təmizlənə bilsin. Məsələn, bütün səthlərin hamar olması və kirlərin toplana biləcəyi iti kənarların və ya formaların olmaması təmizlənməni asan edir. Bu Systemair Geniox cihazlarını #GigiyenikMəqsədli edən xüsusiyyətlərdən yalnız biridir.

Həmçinin Geniox cihazlarının bütün modelləri daxil olmaqla bütün plastik örtük komponentləri VDI 6022-1-ə əsasən ISO 846 sertifikatı almışdır. Bu o deməkdir ki, bu komponentlər göbələk yaranmasının qarşısını alır və bakteriya və mikroorqanizmlərin cihazı korlamasına icazə vermir. Bundan əlavə, Geniox C4 korroziya əleyhinə sinfi  (ISO 12944) standart bir xüsusiyyət olaraq qəbul olunub. C4 orta duzlu sahil bölgələri, kimyəvi zavodlar, üzgüçülük hovuzları, gəmi və qayıq sahələri olan sənaye sahələri üçün tövsiyə olunan yüksək sinifdir.

Tez-tez verilən suallar

Hər gigiyenik mərkəzi kondisioner iddia etdiyi tələbləri ödəmir. Cihaz seçərkən düzgün sual vermək vacibdir. həm Geniox, həm də ümumi gigiyenik AHU sertifikatlaşması ilə bağlı tez-tez verilən suallar bölməsində sizi maraqlandıran sualları cavablandırdıq:

  1. Gigiyenik nə deməkdir?
    AHU-larda gigiyenik sözü adətən səhiyyə sahəsində əməliyyat otaqları, xəstəxana otaqları üçün nəzərdə tutulan cihazlara aid olur. VDI 6022-1 və DIN 1946-4 kimi standartlar və sertifikatlar bu sahədə olduqca yaxşı düşünülmüşdür. 

    Biz düşünürük ki, sektorumuzda “gigiyenik” sözü haqqında təkrar düşünmək lazımdır. İstənilən AHU-nun son məqsədi sağlam daxili iqlim yaratmaqdır. Buna görə də istər məktəblərdə istər ofislərdə quraşdırılan bütün cihazlar gigiyenik məqsədli olmaldır. Ən azından, bütün materiallar gigiyena dostu olmalı və sertifikatlaşdırılmış gigiyenik versiyaları mövcud olmalıdır.
     
  2. VDI nədir?
    VDI Alman Mühəndisləri Assossiasiyasının qısaldılmış formasıdır(Verein Deutscher Ingenieure). VDI, bu gün mühəndislik üçün standart halını almış bir sıra təlimatlar hazırlamışdır. Təşkilat haqqında daha ətraflı www.vdi.de adresindən oxuya bilərsiniz. 

    VDI6022-1 uyğun olaraq təsdiqlənmiş sertifikat məhsulun bazarın ən ciddi gigiyena tələblərinə cavab verəcəyinə zəmanət verir. Bu da məhsulun mütəmadi yoxlamalardan keçməsi deməkdir.

    Systemair məhsulları VDI 6022-1 koduna uyğun olaraq sertifikatlaşdırılır. VDI 6022 "daxili hava texnologiyası, daxili hava keyfiyyəti"-ni ehtiva edir. VDI 6022-nin məqsədi binalarda sağlam nəfəs ala biləcəyimiz havanı yaratmaqdır. Bu kod havalandırma və soyutma sistemlərində və cihazlarında gigiyena normalarını müəyyən edir. Soyutma texnologiyaları çirklənmə mənbəyi olmamalıdır, əksinə bizi təmiz hava ilə təmin etməlidir.

    VDI 6022-1 havalandırma və daxili hava keyfiyyəti ilə xüsusi məşğul olur. Bu kod havalandırma və soyutma sistemləri üçün gigiyena tələblərini müəyyən edir. (VDI Ventilation Code of Practice).

  3. Geniox seriyası "gigiyena dostudur" dedikdə nə nəzərdə tutulur?
    Bir standart olaraq, Geniox cihazlarının bütün modellərində plastik örtük komponentləri VDI 6022-1-ə əsasən ISO 846 sertifikatı almışdır. Bu o deməkdir ki, bu komponentlər göbələk yaranmasının qarşısını alır və bakteriya və mikroorqanizmlərin cihazı korlamasına icazə vermir. 

    Bundan əlavə, Geniox C4 korroziya əleyhinə sinfi  (ISO 12944) standart bir xüsusiyyət olaraq qəbul olunub. C4 orta duzlu sahil bölgələri, kimyəvi zavodlar, üzgüçülük hovuzları, gəmi və qayıq sahələri olan sənaye sahələri üçün tövsiyə olunan yüksək sinifdir.

  4.  "VDI 6022-1-ə uyğunluq"  nə deməkdir?
    “VDI6022-1-ə uyğunluq” SystemairCAD kimi istehsalçı seçim proqramından istifadə edərək cihazın bu koda uyğun konfiqurasiya olunması deməkdir. Məsələn, cihazın əlçatanlığı üçün daha geniş yerlərinin olması və damlama qablarının paslanmayan poladdan olması.
     
  5. "VDI 6022-1 sertifikatlı" nə deməkdir?
    “VDI6022-1 sertifikatlı” təqribən "uyğunluq" kimidir. Əsas fərq seçim proqramının istifadəçilərə VDI 6022-1 təyininə uyğun cihaz konfiqurasiya etməyə kömək edən xüsusi bir funksiyasının olmasıdır.

    Təchizatçınızın VDI 6022-1 tərəfindən müəyyənləşdirilmiş xüsusi tikinti və material tələblərini təmin edə biləcəyini dəqiqləşdirin. Məsələn: Minimum tələb olunan təmizlik sahəsi konfiqurasiyada seçilə bilərmi? Cihaz lazım olan korroziya tələblərini ödəyirmi? 
     
  6. VDI sertifikatlı məhsulların auditi olurmu?
    VDI 6022-1, akkreditasiya olunmuş üçüncü tərəf sertifikatlaşdırma qurumların və ya fərdi auditorların yoxlamalar apara biləcəyi koddur. Sertifikatı qorumaq üçün VDI sertifikatlı məhsulların mütəmadi yoxlamalardan keçməsi lazımdır. Unutmayın: VDI özü VDI 6022-1 üçün sertifikatlaşdırma orqanı deyil.
     
  7. Geniox cihazlarını kim sertifikatlaşdırıb?
    Məsləhət görürük ki, veb saytlarda və ya kataloqlarda gördüyünüz loqotipdən və etiketlərdən əlavə digər məlumatları da araşdırasınız. AHU daxili olaraq sertifikatlaşdırılıb (istehsalçının özü tərəfindən) yoxsa sertifikat akkreditasiya olunmuş üçüncü orqan tərəfindən təmin olunub?

    Modul Geniox cihazlarının yoxlamaları Almaniyadakı SYNLAB tərəfindən aparılır. SYNLAB Avropada kliniki laboratoriya xidmətlərinə görə liderdir. SYNLAB VDI 6022-1 sınaq hesabatlarını və sertifikatlarını təmin edir.
     
  8. Avropada hansı gigiyenik AHU sertifikatları var?
    Avropada ən əsas dünya miqyasında tətbiq olunan Gigiyenik AHU-lar üçün Eurovent Sertifikatıdır. Sonra yuxarıda göstərilən VDI 6022-1 və DIN 1946-1 kodları və standartları mövcuddur ki, bunlar əsasən Mərkəzi Avropada tətbiq olunur.

    Bundan əlavə, Birləşmiş Krallıqda HTM / SHTM, Polşada PZH Atest Higieniczny və İsveçrədə SWKI VA 104-01 (VDI kimidir) kimi yerli sertifikatları tapa bilərsiniz. 
Следуйте за нами в нашем
социальные сети
Feedback