Systemair

Gəlin V-ni gücləndirək

Yaxşı, sağlam daxili iqlim indi daha vacibdir

 

İsitmə, Soyutma, Havalandırma. Qısaca: HVAC. Sektorumuzu ifadə etmək üçün ümumi istifadə olunan termindir. Ancaq bir vacib amili laqeyd etmək lazımdır. Bizim sektorun əsas missiyası:

İnsanların həyatı və sənaye proseslərinin performansı üçün yaxşı daxili iqlimi təmin etməkdir. 

Düzgün ventilyasiya isə buna çatmağın yoludur. Havalandırma və ya Ventilyasiya HVAC termininin vacib, lakin çox vaxt gözdən yayınan bir hissəsidir. Buna görə V-ni gücləndirməyin vaxtı gəldi! 

Havalandırmanın məqsədi nədir?

Havalandırma təmiz hava ilə nəfəs almağımızı təmin edir. Havalandırma ətraf mühitdəki çirklənmiş havanı (məsələn, dizel hissəcikləri, tüstülər, yoluxducu aerozollar) təmizləyir və yaxşı keyfiyyətli hava ilə əvəz edir.

Bunları bilmək faydalıdır: Hacalandırma çox zaman soyutma sisteminin bir parçası olaraq görülür. Lakin yadda saxlamaq lazımdır ki, evdəki kondisioner otağı təmiz, filtrdən keçirilmiş hava ilə təmin etmir. Əslində, kondisioner sadəcə olaraq otaqdakı havanı soyudur və təkrar dövriyyə edir. 

Havalandırma niyə bu qədər vacibdir?

Orta hesabla zamanımızın 90% -i qapalı yerlərdə keçir. Buna görə düzgün havalandırmanın olması vacibdir.

Çoxsaylı akademik tədqiqatlar sübut edir ki, sağlam daxili iqlim bizim rifahımızı yaxşılaşdırır, xəstəlik səviyyəsini azaldır və işdə, məktəbdə və istirahət məkanlarında daha yaxşı fəaliyyət göstərməyimizə kömək edir. 

Xüsusilə bu gün, sağlam daxili iqlimi təmin etmək üçün yüksək səviyyəli havalandırmaya daima artan ehtiyacı müşahidə edirik. Ehtiyacın artması və insanların bu barədə məlumatlı olması onu göstərir ki, düzgün havalandırma indi hər zamankindən daha da vacib hesab olunur. 

Systemair sağlam daxili iqlimi necə təmin edir?

Sağlam bir qapalı iqlim yaradan məhsulları istehsal edərkən enerjiyə qənaət etmək hər zaman işimizin bir hissəsi olmuşdur. Bu, hər gün dünyanın hər yerində gördüyümüz işdir. 

Bu gün havalandırma sistemlərimizdə yüksək səviyyəli kontroller və sensor texnologiyalarından istifadə ilə istiliyi, təzyiqi, CO2 səviyyəsi, hissəciklərin konsentrasiyası və havanın rütubəti kimi amilləri davamlı ölçərək və tənzimləyərək daxili hava keyfiyyətini yaxşılaşdırırıq.

Bu sistemlərimizə istənilən vəziyyətə dinamik və düzgün reaksiya verməyə imkan verir. Ən əsası insanlar üçün təmiz hava təmin etməyə və enerjiyə qənaət etməyə imkan yaradır.

Daxili havanın keyfiyyəti kifayət qədər tənzimlənirmi?

Enerji səmərəliliyi və ya açıq hava kirliliyindən fərqli olaraq, qapalı havanın keyfiyyətinə dair tələblər istənilən səviyyəyə gəlib çatmamışdır və hələ də inkişaf etməkdədir. 

Beləliklə, hamımızın bu sahədə daha sərt tənzimləmə tələblərini irəli sürməsi və hamı üçün anlaşılan stimulların yaradılması vacibdir. HVAC sahəsindəki daimi yeniliklər və inkişaflar son istifadəçilərə tez-tez olduqları qapalı məkanlarda təkmilləşdirilmiş havalandırma sistemlərini istifadə etməyə imkan verir.

V-ni necə gücləndirə bilərəm?

Gəlin ilk əvvəl özümüzə aşağıdakı kimi suallar verək:

  • Mənim ofisimdə uyğun təmiz hava təchizatı və filtrasiya varmı? 
  • Otel otağım düzgün havalandırılıb, yoxsa sadəcə mövcud havanı təkrar dövriyyə ediblər? 
  • Ən sevdiyim restoran və ya barda düzgün havalandırma sistemi varmı və onu işə salırlarmı? 
  • Evim və ya mənzilimdə mərkəzləşdirilmiş yaşayış havalandırma sistemi varmı? 

www.IAQmatters.org sağlam bir daxili iqlim təmin etmək üçün həllər təqdim edərək, bu məsələ haqqında daha çox məlumat əldə etmək üçün faydalı bir platformadır.

Bizim yerli Systemair nümayəndələri bu kimi mövzularda hər zaman sizin yanınızdadır. Suallarınızı bizə ünvanlayın!

Следуйте за нами в нашем
социальные сети
Feedback