Systemair

Systemair Media Center

Bütün Systemair kataloqlar və broşurlar mobil cihazlarınızda!

Systemair Media Center-də Systemair kataloqları, broşurlar və videolar həmişə smartfon və ya planşetinizdə olacaqdır. Zamandan və məkandan asılı olmayaraq hər zaman son versiyaları əldə edə bilərsiniz. Parametrlərinizdən asılı olaraq yeni məzmun dərhal proqramda görünəcəkdir. Və üstünlüklərdən biri də yüklədikdən sonra sənədlərə internet bağlantısı olmadan oflayn olaraq da baxmağın mümkünlüyüdür.

Ərazidə, ofisdə və ya müştəri görüşündə olmağınızdan asılı olmayaraq - Media Mərkəzi əlinizin altındadır və burada səhifələri çevirmək "həqiqi" kataloqda baxmaq qədər rahatdır. Ağır kataloqlar gəzdirmək artıq keçmişdə qaldı. 

"Paylaş" funksiyası ilə dərhal seçilmiş səhifələri e-poçt ilə həmkarlarınıza və ya müştərinizə nümunələr üçün göndərə bilərsiniz.

  • Onlayn və oflayn istifadə
  • Yenilənmə funksiyası
  • Səhifə-çevirmə effekti
  • Paylaş funksiyası, e-poçt ilə səhifələrin və ya sənədlərin paylaşılması
  • Birbaşa səhifələrə biləcəyiniz mündəricat
  • Yaxınlaşdırma və uzaqlaşdırma funksiyası 
  • Əlfəcin və ya qeyd əlavə edilməsi
  • Axtarış funksiyası
  • Onlayn kataloqa link
  • Ölkə seçimi

Systemair Media Center Windows, iOS və Android üçün mövcuddur.

Yükləmələr

Следуйте за нами в нашем
социальные сети
Feedback