Systemair

Evin havalandırılması

Yüksək performansa və texnoloji yeniliklərə sahib havalandırma sistemi hər bir yaşayış yerinin havalandırma şərtidir. Sistemin funksionallığı, davamlılığı və sakinlərin razılığı bizim üçün hər zaman önəmlidir.

Düzgün aksessuarlarla təchiz olunmuş ağıllı idarəetmə, kanal sistemi və diffuzor ilə birgə bizim məhsullar sizə lazım olan səmərə və yüksək performansı təklif edir. Systemair ilə ən yüksək keyfiyyətdə, xüsusi sınaqlardan keçirilmiş və tələblərinizə uyğun gələn məhsulları tapa bilərsiniz. Systemair keyfiyyəti hər zaman sizinlə! 

SAVE Havalandırma Prinsipləri

Otağın havalandırılması təzyiq fərqləri prinsipinə əsaslandır. Bu prinsipə əsasən texniki baxımdan havalandırma sistemi 3 zonaya bölünür: havanın çölə vurulması, havanın içəri alınması və axın zonası. 

Ev havalandırma sisteminin iş prinsipi belədir:
AHU cihazları mətbəx və hamamdan aldığı havanı çölə verir və təmiz havanı qonaq otağına vurur. Sistemdən asılı olaraq havanın istiliyi saxlanılır və eyni zamanda çöldən alınan hava filterdən keçirilir. 
Lazım olduqda çöldən alınan hava saxlanılan istilik vasitəsilə isidilir. Təmiz hava otaqlara kanallar vasitəsilə verilir. Buradan hava açıq qalan qapı və ya qrillər vasitəsilə koridor, mətbəx, hamam və tualetə daxil olur. Beləliklə, 2 müxtəlif tip hava bir-biri ilə qarışmır. Nəticə: əla daxili iqlim və optimal hava miqdarı. 

Havalandırma prinsipləri barədə ətraflı buradan oxuyun.

Следуйте за нами в нашем
социальные сети
Feedback