Systemair

Sənayə

Sənayedə optimal hava həlləri

 

Havalandırma cihazının dizaynı içəridə işləyən insanların rahat hiss edəcəklərinə zəmanət verməlidir.

Sənaye layihələrində tavanın hündürlüyünün yüksək olması halları ilə tez-tez rastlaşırsınız. Çox hallarda tavandan döşəməyə qədər isti havanın necə alınacağını düşünmək lazım olur. İsitmə mənbəyi kimi havanı istifadə edirsinizsə, bu detala diqqət yetirilməsi gərəklidir.

Havalandırma cihazının dizaynı içəridə işləyən insanların rahat hiss edəcəklərinə zəmanət verməlidir. Systemair məhsulları ilə düzgün dizayn optimal hava şəraiti (IAQ) yaradacaqdır. Və bununla da məhsuldarlığa nail olacaqsınız. Binanın tikilməyindən asılı olaraq həm qarışdırma, həm də yerdəyişmə havalandırması tövsiyə edilə bilər.

Səhifəmizdə sənaye sahələrinə uyğun Systemair məhsulları tapa bilərsiniz. Bu məhsulların keyfiyyətinə xüsusi nəzarət edilir, sınaqdan keçirilir və yoxlanılır. Bu bizim işimizin bir parçasıdır. Məhsullarımız etibarlı, iqtisadi cəhətdən səmərəli və idarə edilməsi asan olmalıdır. Bunlar bizim keyfiyyətə qoyduğumuz tələblərdir. Hər bir hissə düzgün quraşdırıldıqda nəticə olaraq enerji və iqtisadi səmərəli bir sistem əldə edəcəksiniz.

Çirklənmiş hava sahəsindəsinizsə, problemi çirklənmə mənbəyindən ayrı bir çıxış hava qurğusu ilə həll etmək ən yaxşı seçim olacaqdır. Sənayedə, isitmə və havalandırma tələbləri çoxdur və həllə ehtiyac olan sahə kifayət qədər böyükdür, Buna görə havalandırma cihazlarında istiliyin geri qazanılması çox vacibdir. Cihazlarınızı enerji səmərəli bir şəkildə hazırlamışıq ki, siz Systemair məhsulları və nəzarət cihazlarından istifadə edərək enerjiyə və xərclərə qənaət edə biləsiniz. Keyfiyyət həmişə ağıllı investisiyadır.

Layihələrinizdə enerji səmərəli və etibarlı havalandırma məhsulları üçün həmişə Systemair ilə əlaqə saxlayın.

Следуйте за нами в нашем
социальные сети
Feedback