Systemair

Qarajlarda təhlükəsizlik və səmərəlilik bizim işimizdir

Avtomobillərdən havaya atılan tullantılar və dar, səliqəsiz avtomobil parkinq yerləri havalandırılmanı təhlükəsizlik baxımından problemə çevirir. Havalandırma sahəsindəki tələblər enerjinin səmərəliliyinin bu işdə əsas amil olduğunu ifadə edir. Systemair ekoloji cəhətdən səmərəli Jet Fan Sistemi seriyasını bu tələbləri tam şəkildə ödəmək üçün istehsal etmişdir. İndi ən yüksək təhlükəsizlik standartlarını təmin etməklə 80% enerji qənaətinə nail ola bilərsiniz.

 

Ekoloji səmərəli qaraj havalandırması

Ağıllı səmərə…
Systemair Ekoloji Səmərəli Jet Fan Sistemi ağıllı idarəetmə sistemi sayəsində sizə 80% enerji qənaəti əldə etməyə şərait yaradır. Sistemimiz fanın performansını faktiki havalandırma tələblərinə uyğunluğunu yoxlayır və tənzimləyir. Sistem həmçinin CO qaz tullantıları sensorlarından,  yanğın və tüstü sensorlarından gələn ölçmələri qiymətləndirir və müxtəlif zonalardakı jet fanları idarə edir.

…Yüksək performans
Jet fanlar havanın az olduğu bölgələrdə hərəkəti təmin edir, ölü zonaları aradan qaldırır və bütün ərazilər üçün gündəlik havalandırma tələbatlarını təmin edir.

Jet fan sistemimiz şərtlərə uyğun optimal performansı təmin edəcək şəkildə istehsal olunmuşdur. Bu bütün komponentlərin dəqiq planlaşdırılması və mükəmməl nəzarətini tələb edir. Sizə yaxşı xidmət göstərmək üçün nəzarət sistemini binaya və istifadə tələblərinə uyğun olaraq dəqiq tənzimləyirik. Başlanğıcdan sonra qədər sizə dəstək və məsləhətlərimizi vermək üçün sisteminiz işə salınana qədər sizin yanınızdayıq.

Havalandırma ilə bağlı çətinlikləriniz var? Optimal həllər üçün Bizimlə əlaqə yaradın. 

Kiçik ərazilər üçün optimal seçimlər

Ənənəvi kanal sistemləri qarajlarda çox yer tutduğu üçün ərazi daha önəmli məhfuma çevrilmişdir. Bundan əlavə, su boruları və elektrik naqillərinin havalandırma kanalları ilə kəsişməsi tələb olunan investisiya və quraşdırma xərclərinin artımına da səbəb olur.

Systemair istehsalı ekoloji Jet fan sistemi qarajlarda kanal sistemini əvəz edir. Jet fanlar yalnız müəyyən nöqtələrə quraşdırıldığı üçün tavan sahəsinin 0,5% -dən az hissəsini tuturlar. Bu, digər texniki qurğular üçün yer saxlayır və dayanacaqlarda gürülən sahəni artırır. Yeni tikililər üçün çox vaxt həm xərcləri, həm də layihəyə tələb olunan zamanı azaltmaqla mərtəbə hündürlüyünü azaltmaq mümkündür.

Hansı komponentlər məkanınızdan ən yaxşı şəkildə faydalanmağa kömək edəcəkdir? Ağıllı innovasiyalarımızı nəzərdən keçirin.

Sizin üçün hazırladıq

Qarajın dizaynı necə olursa olsun bizim mütəxəssislərimiz sizin tələblərinizə uyğun həllər yaratmaq üçün sizə hər zaman yaxın olacaqdır. Hava vurma & sovurma fanları, jet fanlardan monitor sensorlarına, idarəetmə sisteminə və geniş aksesuarlara qədər hər şeyi sizin üçün təmin edirik. 

Systemair layihə mərhələsindən başlayaraq sizin yanınızdadır və paket şəklində jet fan havalandırma sistemini sizə təqdim edir. Systemair layihə boyu hər zaman sizin yanınızda olaraq sistemin tələb olunan səviyyədə işləməsini təmin edəcəkdir.Təbii ki, biz sizin üçün mövcud bütün qaydaların tələblərinə əməl olunub olunmamasına nəzarət də edəcəyik.

Systemairin hərtərəfli xidmət paketinə aşağıdakılar daxildir:

  • CFD analizi də daxil olmaqla bütün sistemin konsepsiyası
  • Detallı havalandırma planı
  • Kabel siyahılarının yaradılması və bütün komponentlərin yığılması
  • Əraziyə komponentlərin çatdırılması
  • İstismara verilmə
  • İsti tüstü testi 

Sizə əlavə necə kömək edə bilərik? Bizimlə əlaqə yaradın və əlavə faydalana biləcəyiniz xidmətlər haqda məlumat əldə edin.

Hər şey üçün hazır
Bizim Ekoloji Jet Fan sistemimiz problemlərin aşkarlanması və cavab olaraq qoruyucu tədbirlərin görülməsi üçün hazırlanmış aktiv bir həlldir. Məsələn, sistem CO və tüstü konsentrasiyasını azaltmaq və xilasetmə məqsədilə görmə qabiliyyətini qorumaq üçün qurula bilir.

Yanğın halında, jet fanlar tərəfindən təmin edilən aerodinamik güc öncədən təyin edilmiş qoruma hədəflərinə görə virtual tüstü bölmələri meydana gətirir. Bu, hissələrə bölünmüş parkinq sahəsi əvəzinə geniş və açıq parkinq sahəsi yaratmağa kömək edir. Beləliklə, yanğından mühafizə divarlarına və çiləyici sistemlərə olan ehtiyac da aradan qalxır, həm xərclərə, həm də əlavə texniki xidmətə qənaət olunur.

Hansı təhlükələrə hazır olmaq lazımdır? Tələblərinizi müzakirə etmək üçün bizimlə əlaqə yaradın

Ekoloji havalandırma

 

Qaraj sahələri üçün yüksək performs Systemairlə

Bizim Ekoloji Jet Fan sistemimiz layihənizin iqtisadi və ekoloji tələblərini ödəyəcəkdir. Ekoloji havalandırma rejimi ilə nominal fanla müqayisədə 80% enerji qənaətinə nail olunur. Kompleks kanal sisteminin ixtisarı sayəsində investisiya xərcləri əhəmiyyətli dərəcədə azalır.

 

 

 

Onlayn kataloqdakı bəzi məhsullarımız

PrioJet

CO-ya nəzarət və soyuq duman üçün Ekoloji Jet Fanlar

AJ8

Systemair Jet fanları az xərclə ən yüksək performansı vəd edir.

IV Smart

IV Smart mərkəzdənqaçma jet fanları geriyə əyilmiş pərlər və yüksək səmərəli EC və AC mühərrikləri ilə təchiz olunmuşdur. 

Следуйте за нами в нашем
социальные сети
Feedback