Systemair

Həyati əhəmiyyətli, yanğından xilasedici sistemlər

Yanğın halında duman yalnız qaçan insanlar üçün təhlükə yaratmır. Duman həm də xilasetmə xidməti işçilərini risk altına qoyur və işlərini yerinə yetirməklərinə mane olur. Buna görə də elektron idarə etməli təzyiq sistemləri yanğından qorunmada yeni era yaradır. Sadə bir sviç ilə yanğınsöndürmə komandası vurma fanlarını maksimum gücdə işə salır və digər kiçik fanların istifadəsini məhdudlaşdırır. Bu o deməkdir ki, elektron təzyiq sistemləri yalnız özünü xilas etməyə imkan yaratmır, eyni zamanda yüksək temperaturda yanğınsöndürən heyət üçün tüstü qazlarından əlavə qorunma təmin edir. Fanlar görünməni aydın edir və ümumiyyətlə yanğın mənbəyini daha tez tapmağa imkan yaradır.

Systemair EC mühərrik texnologiyası və frekans tənzimləyicisini bir araya gətirməkdə lider şirkətdir. Hava keçirməyən binalar tüstü sovurma konseptində planların hazırlanmasına yüksək tələblər qoyur. Təzyiq sistemi istehsal edərkən daxili şaftlarda tüstü çıxarmaq üçün tələb olunan tüstü sovurma fanları yerləşdirmək vacibdir. Hər iki sistemin - tüstü sovurma və təzyiq sistemin eyni konsepsiyada birləşdirilməsi Systemair'in etdiyi son yeniliklərdəndir.

Elektron Təzyiq Sisteminin Faydaları

  • Sürətli xilasetmə: xilasetmə üçün ilk növbədə yanğın çıxış pilləkanları tövsiyə olunur. İnsanların binadan çıxması üçün tüstü dolmayan pilləkanlar və ya daha az tüstü olan pilləkanlar vasitəsilə daha sürətli olur və panika halları azalır. 
  • Başqaları tərəfindən sürətli xilasetmə: Elektron təzyiq sistemlərində fanların hava vurması yanğınsöndürən sviç ilə artırılaraq maksimal işləmə rejiminə keçirilə bilər. Bu, yüksək temperaturda belə tüstünü çıxarmağa imkan verir. 
  • Yanğınsöndürmə işlərinin asanlaşması: Binanın girişinə yerləşdirilən xırda fanlar yanğınsöndürmə briqadası üçün maneə ola bilər. Systemair Təzyiq Diferensial Sistemi ilə bu fanlara artıq ehtiyac yoxdur. 
  • Təcili hallarda daha yuxarı təhlükəsizlik: Yüksək hava sürəti ilə elektron idarəetməli havalandırma sistemi yanğın zonasında toplanan qazların və isti havanın konsentrasiyasını azaldır. Bu, sistemin işləməsində gecikmələrin qarşısını alır. 
  • Binanın qorunması: Bizim sistem sayəsində yanğınsöndürmə işləri daha tez bitir və bu da binaya dəyəcək zərərin qarşısını vaxtında almağa kömək edir.
  • Etibarlılıq: Sistem çöldə külək, qar və havanın təzyiq dəyişməsi halında fasiləsiz, hər zaman olduğu kimi çalışır.
  • Tikinti xərclərinin azalması: Bizim sistemimiz sayəsində hava çıxışları üçün açıq yerlər tələb olunmur. Nəzarət damperləri və əlavə hava qorunma vasitələri isə ümumiyyətlə lazım olmur. 
  • Fəaliyyət xərclərinin azalması: Damperlərin təmizlənməsi üçün xərclər azalır. 
  • Memarlıq dəyişmir: İri dam fanlarına ehtiyac olmadığı üçün binanın memarlığı olduğu kimi qalır.

 

Təzyiq diferensial sistemları haqda ətraflı oxuyun

Onlayn kataloq

Məhsul haqda ətraflı məlumatı onlayn kataloqumuzdan alın.

 

Следуйте за нами в нашем
социальные сети
Feedback