Systemair

Ətraf mühitə dost havalandırma

 

Bizim ətraf mühitə dost havalandırma cihazlarımız yaxşı hesablanmış material sərfi və istehsal metodlarına əsaslanararaq enerji səmərəliliyini təmin etməyə imkan yaradır. Biz aktiv şəkildə istiliyin geri qazanılması, gecə soyutması və tələbə uyğun havalandırma kimi həllərin inkişaf etdirilməsinə çalışırıq.  

 

Yüksək sertifikatlaşdırılmış məhsullar

Çoxlu sayda təchizatçılar bugün bazarda ISO sertifikatları və CE nişanlı məhsullarla təmsil olunurlar. Ancaq bunlar kifayətdirmi? Bizim fikrimizcə deyil, buna görə də biz daha da irəliyə gedərək məhsullarımızın daha çox standartlara uyğun şəkildə istehsalına çalışırıq. Bu o deməkdir ki, Avropada Eurovent və digər ölkələrdə uyğun yerli standartların alınması bizim üçün önəmlidir. Bu səviyyəyə çatmaq üçün resurslara və təcrübəyə ehtiyac vardır. Systemair Avropada ən müasir AMCA sertifikatlı inkişaf mərkəzlərinə sahibdir. Burada biz dayanmadan yeni texnologiyalar yaradır və dəyişən tələblərə uyğun innovasiyalar tətbiq edirik.  

Daha çox məlumat almaq üçün Sertifikatlar bölməsinə nəzər salın.

Biz sizinləyik

 

Harada olmağınızdan asılı olmayaraq bizim ekspertlərimiz sizə bir telefon zəngi qədər yaxındır. Həmçinin siz layihə məqsədlərinizə çatmaq üçün sahənin ən yaxşı spesifikasiya və dizayn alətlərindən istifadə edə bilərsiniz. 

Onlayn alətlər və məhsul haqqında informasiya

Bizim onlayn kataloqumuzdan istifadı etməklə siz məhsulu və ölçüləri seçə bilərsiniz. Məhsul haqqında məlumatdan əlavə siz lahyihə tələblərinizə uyğun alternativ məhsulu da nəzərdən keçirə bilərsiniz. Bundan əlavə, Topvex və DV kimi məhsulların seçimi üçün xüsusi proqram təminatını da yükləyə bilərsiniz. 

Əgər planlama ilə bağlı daha ətraflı texniki məlumata ehtiyacınız olarsa, bizim xüsusi kataloqlarımız və spesifikasiya məlumatlarımızdan faydalana bilərsiniz. Burada siz funksionallıq, mövcud akssesuarlar və əlavə texniki məlumatlar kimi detallı məlumatları tapa bilərsiniz. 

Hər ehtiyaca uyğun həllər
Bizim missiyamız sizin tələblərinizə uyğun məhsulların zamanında təhvil verilməsi və sizi ən yaxşı məsləhətlərlə təmin etməkdir. Aşağıda lahiyələrinizdə necə dəstək ala biləcəyinizlə bağlı nümunələr verilmişdir. 

Следуйте за нами в нашем
социальные сети
Feedback