Systemair

Data gücdür...

Data mərkəzlərində enerjinin 38%-i soyutmaya sərf olunur. Bu isə data mərkəzinin gəlirliliyi üçün kritik faktordur. Systemair gələcəyin tələblərinə uyğun enerji səmərəli həllər yaratmağınız üçün sizi innovativ texnologiyalarla və ekspert bilikləri ilə təmin edir. 

Enerjinizi soyutmaya deyil, biznesinizə sərf edin.
Data mərkəzlərində bu qədər enerji hara gedir? Soyutmaya bu qədər enerjinin tələb olunması əbəs yerə deyildir, çünki soyutma data mərkəzinin uğurlu fəaliyyəti üçün əsas şərtdir. 

Data mərkəzləri üçün Direct Free Cooling cihazı

Systemair DV-DFC cihazları həm içəridə həm də çöldə yerləşən data mərkəzləri üçün xüsusi hazırlanmışdır. Bütün cihazlar modul və quraşdırılması, baxımı sadə şəkildə istehsal olunmuşdur. Cihazın funksionallığı hər zaman zavodumuzda yoxlanılır.

Systemair sizə hər zaman dəstək olur.

Data mərkəzlərində enerjinin 38%-i soyutmaya sərf olunur. Buna görə də soyutmanın effektivliyi və səmərəliliyi data mərkəzlərinin işi üçün əhəmiyyətlidir. Soyutmaya tələb olunan enerji sərfiyyatını azaltmağın 2 yolu vardır:

  • PUE dəyəri 1.0-a yaxın olan cihazları seçin. 
  • Səmərəli ERE texnikalarını seçin (hər iqlim üçün bu mümkündür). 

Systemair enerji səmərəliliyini təmin etmək üçün sizə innovativ tecnologiyalar və peşəkar dəstək göstərir. Nəticədə siz məmnun qalacaq və öz biznesinizin gəlirliliyinə nail olacaqsınız. Gəlin bunu necə əldə edəcəyinizə baxaq.

Data mərkəzinin soyudulması üçün sərf olunan xərclər ümumi xərclərin böyük bir hissəsini təşkil edir. Daha çox tutum və yüksək sıxlıq olduqda isə İT avadanlıqlarımın enerji səmərəli soyudulması üçün qoyulan tələb daha da artır. Bizim təcrübəli mühəndislərimiz və satış dəstək komandamız sizə xidmət göstərərək səmərəli soyutmanın təşkilinə nail olacaqlar. 

Super səmərəli data mərkəzləri üçün lazım olan HVAC məhsulları və həllərinin təminatı üçün Systemair ən yaxın tərəfdaşınız olacaqdır. 

Bukletlər və broşurları buradan yükləyin

Data mərkəzi həllərimiz barədə buradan oxuyun

> Data Mərkəzinin soyudulması
> Necə həll istəyirsiniz
> Indirect Free Cooling
> Geniox ilə ekoloji həllər

 

Следуйте за нами в нашем
социальные сети
Feedback