Systemair

Verksbyen

Verksbyen Norveçin Fredrikstad şəhərində 1 500-dən çox ev və mənzilin yerləşdiyi yeni dayanıqlı bir bölgədir. Bu layihədə məqsəd Norveçin ən innovativ və gələcək üçün əlverişli yaşayış sahəsini yaratmaq və iqlimə zərərsiz və enerji istehlakı baxımından səmərəli bir mühit yaratmaq idi.

Yaşayış binaları Future Livind standartına əsasən tikilmişdir. Layihədə həmçinin innovativ həllər, aşağı enerjili binalar, yerli enerji istehsalı, enerjinin paylanması və saxlanması, ağac materiallarına əsaslanan iqlimə dost tikililər vardır

Mənzillərin hamısı "Ağıllı evlər"-dir və günəş batareyaları ilə öz enerjisini istehsal edir. Ölkənin ən gözəl parklarından biri bu bölgədə yerləşir.

    Systemair SAVE yaşayış sistemləri ilə təchiz olunmuşdur.

    Optimal daxili iqlim, aşağı enerji istehlakı, sağlamlıq və rifahı təmin etmək üçün bütün evlər Systemair  balanslı yaşayış havalandırma sistemləri ilə təchiz edilmişdir. Layihədə hər bir ev üçün optimallaşdırılmış kanal sistemlər və diffuzorlar da daxil olmaqla, BİM tərəfindən hazırlanmış havalandırma paketi həlləri təmin edilmişdir.

    Yaşayış binasının növünə və ölçülərinə görə SAVE AHU-larının müxtəlif ölçüləri və modelləri təklif edilmişdir. Hər bir avadanlığın yüksək səmərəli istilik dəyişdiriciləri və minimum enerji istehlakı və yüksək rahatlıq yaradan SAVE Touch Control cihazları mövcuddur.

    • Tip: Yaşayış ərazisi
    • Layihəçi: Arca Nova
      Следуйте за нами в нашем
      социальные сети
      Feedback