Borea

Müxtəlif mühitlərdə hava sərfinin idarə edilməsi üçün tənzimlənə bilən klapan

  • Çox yönlü istifadə

  • Tənzimlənə bilən menfez

  • İstiqamətləndirilmiş hava axını

  • Birbaşa quraşdırma

Birbaşa Quraşdırma

Borea hava kanalına asanlıqla quraşdırılır. Sızdırmazlıq elementi hava keçirməz birləşməni təmin edir.

Tənzimlənən Mənfəz

Tənzimlənə bilən ön mənfəz maksimum komfort üçün hava axınının həm sərfini, həm də istiqamətini tənzimləməyə imkan verir.

Çox yönlü istifadə

Borea tətbiq tələblərindən asılı olaraq həm divara, həm də tavana quraşdırıla bilər.

Borea otağa verilən hava sərfini maksimum komfort üçün tənzimləməyə imkan verən praktik həllərdən biridir. Klapan həm tavana, həm də divara quraşdırıla bilər. Quraşdırılması sadədir və birbaşa DN125 hava kanalına və ya DN125 birləşdirici manjetə yerləşdirilə bilər.

Tənzimlənə bilən ön mənfəz hava sərfinin asanlıqla tənzimlənməsinə imkan yaradır. Təchizat havası rejimində istifadə edildikdə hava axını tələb olunan istiqamətə yönəldilə bilər.Borea tamamilə ağ rəngli polistirol materialından hazırlanmışdır və əsas korpus, lövhə bərkidicisi və ön mənfəzdən ibarətdir. Müxtəlif tətbiq sahələrində effektiv və tənzimlənə bilən ventilyasiya təmin edir.

Borea hava kanalının daxilində quraşdırılan hava sərfi tənzimləyicisi ilə birlikdə istifadə oluna bilər.Təchizat havası rejimində Borea ilə hava sərfi tənzimləyicisi arasındakı məsafə kanal diametrinin ən azı 3 qatı olmalıdır. Sorucu hava rejimində isə bu məsafə kanal diametrinin ən azı 1 qatı qədər olmalıdır.

Systemair Azərbaycan, Qafqaz Biznes Mərkəzi, Heydər Əliyev Prospekti 95, AZ-1029 Bakı, Azərbaycan
Azerbaijan · Azərbaycan Bayraq
Azerbaijan · Azərbaycan