Yanğın zamanı ağır iş şəraitləri üçün nəzərdə tutulmuş tüstü çıxarma fanları
200°C-yə qədər temperaturda fasiləsiz işləmə
400°C temperaturda 2 saat tüstü çıxarma(F400)
50 mm akustik və istilik izolyasiyası
Açılıb-bağlanan baxış qapısı ilə asan servis və texniki xidmət
KBR/F tüstü çıxarma qurğuları yanğın zamanı tüstü qazlarının xaric edilməsi üçün istifadə olunur. Eyni zamanda normal istismar şəraitində 200°C-yə qədər temperaturda fasiləsiz işləyə bilir.
KBR korpusu ikiqat divarlı sinklənmiş polad təbəqədən hazırlanmış və 50 mm mineral yun ilə izolyasiya olunmuşdur.
Yüksək məhsuldarlıqlı çarxlar və yüksək səmərəli mühərriklər aşağı enerji sərfiyyatı ilə yüksək performans təmin etmək və maksimum effektivlik əldə etmək üçün hazırlanmışdır.
KBR/F korpusu ikiqat divarlı sinklənmiş poladdan hazırlanmışdır və 50 mm mineral yunla izolyasiya edilmişdir.
Fan bağlayıcılar vasitəsilə korpusdan ayırılıb və baza çərçivəyə vibrasiya əleyhinə amortizatorlar daxil edilib. Standart olaraq mühərrik hava axınından kənarda yerləşir.
KBR/F fanlarının baxış və texniki xidməti asanlaşdırmaq üçün açılıb-bağlanan servis qapısı (swing-out door) var
EN 12101-3 standartına uyğun olaraq sınaqdan keçirilmişdir. EN 12101-3:2002-06 standartına əsasən TÜV Süd tərəfindən CE sertifikatına malikdir.
KBR/F fanları geriyə əyilmiş qanadlara malik radial çarxlardan istifadə edir. Çarxlar alüminiumdan hazırlanır, dinamik şəkildə balanslaşdırılır və uyğun IE3 səmərəlilik sinifli IEC mühərrikləri və ya EC mühərrikləri ilə birləşdirilir.
F400 temperatur sinfi üçün nəzərdə tutulmuş yüksək temperaturlu mühərriklərlə təchiz edilmişdir (400°C / 120 dəqiqə).
AC mühərrikləri əl ilə (elektrik vasitəsilə) sıfırlanan inteqrasiya olunmuş termik mühafizə və mühərrik mühafizə qurğusuna qoşulmaq üçün PTC termistoru ilə təchiz olunmuşdur.
EC mühərrikləri isə inteqrasiya olunmuş elektron termik mühafizə, bloklanmış rotor mühafizəsi və yumşaq işə salınma (soft-start) funksiyalarına malikdir.
AC mühərrikləri 5 pilləli, pilləsiz sürət tənzimləyicisi, D/Y açarı və ya tezlik çeviricisi vasitəsilə idarə oluna bilər.
EC mühərrikləri iş nöqtəsinin tənzimlənməsi üçün inteqrasiya olunmuş potensiometrə malikdir və 0-10 V xarici siqnal vasitəsilə də idarə oluna bilər.
Fanlar daxili məkanlarda, həmçinin uyğun aksesuarlarla birlikdə xarici mühitdə də istifadə oluna bilər.
Quraşdırılmış baza çərçivəsi sayəsində ventilyator birbaşa döşəmə üzərində yerləşdirilə bilər.