)

Təchizat və ya havaçıxarma ventilyasiya sistemləri üçün səmərəli fanlar
30 mm akustik və istilik izolyasiyası
Çıxarıla bilən panellər sayəsində çevik hava axını istiqaməti
Daxili və açıq məkanlarda quraşdırma
Modul aksesuarlar sistemi
50 və 60Hz üçün AC və EC mühərrikləri ilə mümkün
MUB fanları istənilən mövqedə quraşdırmaq üçün nəzərdə tutulmuş havanın tədarükü və ya çıxarılması üçün istifadə olunur.
MUB fanları birbaşa hava axını üçün nəzərdə tutulmuşdur, lakin çıxarıla bilən panellər sayəsində 90° hava çıxışı üçün asanlıqla yenidən konfiqurasiya edilə bilər. Korpusun konstruksiyası və istilik izolyasiyası onların həm qapalı, həm də açıq məkanlarda istifadəsinə imkan verir.
Elastik birləşdircilər, damperlər, dam, baza çərçivəsi və s. kimi müxtəlif növ aksesuarlar sayəsində istənilən havalandırma sistemini istəyinizə uyğun dizayn etmək asandır.
Qızdırıcılar, soyuducular, səsboğucular, filtrlər və ya karbon filtrləri kimi bəzi aksesuarların eyni tip korpusda quraşdırıldığı xüsusi modul sistemlərdən istifadə etməklə siz hətta sadə təchizat və ya çıxarış tipli (egzoz) hava emalı qurğusu (AHU) dizayn edə bilərsiniz.
Yüksək performanslı çarx, yüksək səmərəli mühərriklərlə birlikdə enerji istehlakını minimuma endirmək və səmərəliliyi artırmaq üçün yüksək səviyyəli performans təmin etmək üçün dizayn edilmişdir.
MUB fanlarının korpusu mükəmməl akustik və istilik izolyasiya qabiliyyətinə malikdir.
)
Layihəniz üçün ən optimal ventilyasiya həllərini təmin edərkən dizayn və quraşdırmada vaxta qənaət edin.
Panellər 30 mm qalınlığında səs və istilik izolyasiyalı daş yunla doldurulmuş, ikiqat divarlı ZM310 panellərdən (C5 korroziyaya davamlılıq sinfi) hazırlanmışdır. Çərçivə yüksək mexaniki möhkəmlik və əla zərbəyə davamlılıq təmin edən şüşə liflə gücləndirilmiş PA6 plastik künclərlə birləşdirilmiş alüminium profillərdən ibarətdir.
MUB fanları birbaşa hava axını üçün nəzərdə tutulub, lakin 90° hava boşalması üçün çıxarıla bilən panellər sayəsində asanlıqla yenidən dizayn edilə bilər.
MUB fanları geriyə əyilmiş qanadlara malik radial işçi çarxlarla təchiz edilir. Bu çarxlar yüksək performanslı kompozit materialdan və ya alüminiumdan hazırlanır, dinamik balanslaşdırılır və uyğun AC və ya EC xarici rotorlu mühərriklərlə birləşdirilir.
Növündən asılı olaraq MUB fanları AC və ya EC xarici rotorlu mühərriklə təchiz edilir. Mühərriklər 50Hz və 60Hz üçün uyğundur.
AC mühərrikləri modeldən asılı olaraq, əl ilə (elektrik vasitəsilə) sıfırlanan inteqral istilik mühafizəsinə, eləcə də mühərrik mühafizə qurğusuna qoşulmaq üçün çıxış kabelləri olan əvvəlcədən naqillənmiş inteqral TK termokontaktına və ya PTC termistoruna malikdir
EC mühərrikli fanlar isə kilidlənmiş rotor mühafizəsi və yumşaq işəsalma (soft start) funksiyalarını özündə birləşdirən inteqral elektron istilik mühafizəsinə malikdir.
İş nöqtəsini tənzimləmək üçün daxili potensiometri olan EC mühərrikləri həmçinin 0-10V xarici siqnal vasitəsilə idarə oluna bilər.
Modeldən asılı olaraq, EC mühərrikləri həmçinin ModBus rabitə interfeysi və ya xəta (alarm) siqalı ilə təchiz olunur.
AC mühərrikləri isə 5-pilləli, pilləsiz sürət tənzimləyicisi, D/Y açarı və ya tezlik çeviricisi (frekans çeviricisi) vasitəsilə idarə edilə bilər.
MUB fanları qapalı məkanlarda istənilən vəziyyətdə, hava şəraitindən qoruyucu örtüklə birlikdə isə açıq havada quraşdırıla bilər. Quraşdırılmış baza çərçivəsi ilə MUB fanları yerdə dayana bilər. Kanala vibrasiyanın ötürülməsinin qarşısını almaq üçün elastik birləşmələrdən istifadə etmək tövsiyə olunur.