Kiçik otaqlar üçün xarici divara quraşdırılmış çıxarıcı fan
Gözəçarpmayan kompakt dizayn
Xarici divarlara açıq quraşdırma üçün
Sürəti tənzimlənə bilir
Kiçik məkanlar üçün ideal həll
Hər bir RVF qurğusu iş məkanının xarici divarında quraşdırılır. Bu, daxili sahədən səmərəli istifadə etməyə imkan verir və gözə çarpmayan dizaynı sayəsində binanın görünüşünə mənfi təsir göstərmir.
Xarici quraşdırma səsin bina xaricində qalmasına kömək edir. Bu isə sistemi həm yaşayış, həm də kommersiya obyektləri üçün uyğun həllə çevirir.
RVF fanları tam sürət tənzimləmə imkanına malikdir və müxtəlif tətbiqlərin tələblərinə uyğun olaraq geniş elektrik aksesuarları ilə istifadə oluna bilər.
RVF fanları filtrlər, damperlər və digər müxtəlif aksesuarlarla birlikdə seçilə bilər.
Korpus sinklənmiş poladdan hazırlanmışdır. Xarici örtük isə açıq havada korroziyadan qorunmanı təmin etmək üçün əlavə olaraq ağ toz boya ilə örtülmüşdür. Ventilyator IP55 qoruma sinifli xarici terminal qutusu ilə təchiz olunmuşdur.
RVF fanları arxaya əyilmiş qanadlara malik radial çarxlardan istifadə edir. Onlar yüngül və davamlı şüşə liflə gücləndirilmiş poliamiddən hazırlanır, dinamik şəkildə balanslaşdırılır və uyğun xarici rotorlu mühərriklərlə birləşdirilir.
Modeldən asılı olaraq AC və ya yüksək səmərəli EC xarici rotorlu mühərriklərlə təchiz olunur. Bütün mühərriklər uzun ömürlü bilyalı rulmanlarla (ball bearings)dəstəklənir.
AC mühərrikləri olan fanları inteqrasiya edilmiş empedanslı mühərrik qorunmasına malikdir.
EC mühərrikləri isə inteqrasiya olunmuş elektron termik mühafizə, bloklanmış rotor mühafizəsi və yumşaq işə salınma (soft-start) funksiyaları ilə təchiz olunmuşdur.
Daxili potensiometrə malik EC mühərrikləri iş nöqtəsinin tənzimlənməsinə imkan verir və 0-10 V xarici siqnal vasitəsilə də idarə oluna bilər.
AC mühərrikləri isə 5 pilləli və ya pilləsiz sürət tənzimləyicisi ilə idarə oluna bilər.
Sürət tənzimlənməsi geniş elektrik aksesuarları çeşidi vasitəsilə taymer, termostat, higrostat və digər idarəetmə cihazları ilə birgə istifadə oluna bilər..
RVF fanı xarici divara quraşdırılmaq üçün nəzərdə tutulmuşdur. Xarici örtük quraşdırma və ya texniki xidmət zamanı 4 vint vasitəsilə asanlıqla çıxarıla bilər.
Bütün modellər standart ölçülü giriş hissəsinə malikdir və dairəvi hava kanalları, filtr qutuları, səsboğucular və digər mexaniki aksesuarlarla birlikdə asan quraşdırma imkanı yaradır.