Səssiz və güclü qarışıq axınlı fan
50 Hz üçün AC mühərriklər və 50 və 60 Hz üçün EC mühərriklər
Asan quraşdırma
Səs və enerji baxımından optimallaşdırılmış çarxlar
prio ECO MAX fanlarI hava verilməsi və ya hava çıxarılması üçün nəzərdə tutulmuşdur və istənilən vəziyyətdə quraşdırıla bilər. Bu xüsusiyyət fanların müxtəlif kommersiya və məişət tətbiqlərində istifadəsinə imkan yaradır.
Qurğunun plastik korpusu və korroziyaya davamlılığı onu daxili məkanlarda və rütubətli şəraitdə istifadə üçün uyğun edir. Etibarlı korpus və mühərrik konstruksiyasının birləşməsi texniki xidmət ehtiyacını minimuma endirir və uzunmüddətli fasiləsiz işləməni təmin edir.
Səs baxımından optimallaşdırılmış çarxlar və yüksək səmərəli xarici rotorlu mühərriklər aşağı enerji sərfiyyatı ilə yüksək performans və maksimum effektivlik təmin etmək üçün hazırlanmışdır.
PRIO ECO MAX fanları sürətli sıxaclar (fast clamps), qızdırıcılar, filtrlər, damperlər və digər müxtəlif aksesuarlarla birlikdə seçilə bilər.
Korpus polimer materialdan hazırlanmışdır (315, 355 və 400 modellərində korpus əlavə olaraq metal örtüklə gücləndirilmişdir).
Fanlar IP44 qoruma sinfinə malik xarici terminal qutusu ilə təchiz edilmişdir.
prio ECO MAX fanaları aerodinamik cəhətdən optimallaşdırılmış çarxlar və istiqamətləndirici qanadlarla təchiz edilmişdir. Bu komponentlər yüngül, aşınmaya davamlı və yüksək keyfiyyətli polimer materialdan hazırlanır, dinamik şəkildə balanslaşdırılır və uyğun xarici rotorlu mühərriklərlə birləşdirilir.
Modeldən asılı olaraq prio ECO MAX fanları AC və ya EC xarici rotorlu mühərriklərlə təchiz olunur. Mühərriklər 50 Hz və 60 Hz tezliklərində işləmək üçün uyğundur.
Fanlar əl ilə (elektrik vasitəsilə) sıfırlanan inteqrasiya olunmuş termik mühafizə ilə təchiz edilmişdir.
EC mühərrikləri iş nöqtəsinin tənzimlənməsi üçün inteqrasiya olunmuş potensiometrə malikdir və 0-10 V xarici siqnal vasitəsilə də idarə oluna bilər.
AC mühərrikləri isə 3 pilləli sürət tənzimləyicisi vasitəsilə idarə oluna bilər.
Fanlar daxili məkanlarda və rütubətli sahələrdə istənilən montaj vəziyyətində quraşdırıla bilər.