undefined product image
undefined product image
undefined product image

PRIO Dairəvi Kanal Fanlar

Səssiz və yığcam qarışıq axınlı fan

  • 50 və 60Hz üçün AC və EC mühərrikləri ilə mövcuddur

  • Daxili və açıq məkanlarda quraşdırma

  • Səs və enerji optimallaşdırılmış çarx

Çeviklik

Prio səssiz XP fanları havanın təmini və ya xaric edilməsi üçün nəzərdə tutulub və istənilən mövqedə quraşdırılması mümkündür. Bu, fanların müxtəlif kommersiya və məişət layihələrində istifadə oluna bilinməsi böyük üstünlük yaradır.

Etibarlılıq

Hava keçirməyən korpusu və korroziyaya davamlı konstruksiyası sayəsində həm daxili, həm də xarici məkanlarda quraşdırıla bilər. Etibarlı korpus və mühərrik konstruksiyası texniki xidmət ehtiyacını minimuma endirir və ventilyatorun uzun müddət fasiləsiz işləməsini təmin edir.

Performans

Səs optimallaşdırılmış pərlər yüksək səmərəli xarici rotor mühərrikləri ilə birlikdə enerji istehlakını minimuma endirərərk səmərəliliyi artırmaq və yüksək səviyyəli performans təmin etmək üçün nəzərdə tutulmuşdur.

Aksesuarlar

Prio silent XP müxtəlif növ aksesuarlarla birlikdə sıxaclar, qızdırıcılar, filtrlər, və s. seçilə bilinər.

Xüsusiyyətləri

Konstruksiya

Xüsusi kompozit materialdan və ya təbəqə metaldan hazırlanmış korpus EN12237-yə uyğun olaraq C sinifinə tam hermetikdir.

Fanlar IP44 mühafizə sinfinə malik xarici terminal qutusu ilə təchiz edilmişdir

İşçi çarxı

Prio fanları aerodinamik cəhətdən optimallaşdırılmış pərlərə və bələdçi qanadlara malikdir. Bunlar dinamik balanslaşdırılmış və uyğun xarici rotor mühərrikləri ilə birləşdirilmiş yüngül, davamlı şüşə lifli poliamiddəndir .

Mühərrik

Prio fanaları növündən asılı olaraq AC və ya EC xarici rotorlu mühərriklə təchiz edilir. Mühərriklər 50Hz və 60Hz üçün uyğundur.

Mühərrik mühafizəsi

AC mühərrikli fanlar əl ilə (elektrik) sıfırlama funksiyasına malik inteqrasiya olunmuş termiki mühafizə ilə təchiz edilmişdir.

315-500 ölçüləri üçün əlavə xarici mühərrik mühafizəsi tələb olunur.

EC mühərrikli fanlar isə kilidlənmiş rotordan qorunma və yumşaq işə salma funksiyaları daxil olmaqla inteqrasiya olunmuş elektron termiki mühafizə sisteminə malikdir.

İdarəetmə

İş nöqtəsini tənzimləmək üçün daxili potensiometri olan EC mühərrikləri 0-10V xarici siqnalla da idarə oluna bilər.

AC mühərrikləri 5 pilləli və ya pilləsiz sürət tənzimləyicisi ilə idarə oluna bilər.

Quraşdırma

Prio fanları daxili və açıq məkanda istənilən mövqedə quraşdırıla bilər. 25 mm uzunluğunda qoşulma boğazı, vibrasiyanın qarşısını almaq üçün dairəvi kanalı sürətli sıxaclar vasitəsilə birləşdirmək üçün mükəmməl dizayn edilmişdir.

Systemair Azərbaycan, Qafqaz Biznes Mərkəzi, Heydər Əliyev Prospekti 95, AZ-1029 Bakı, Azərbaycan
Azerbaijan · Azərbaycan Bayraq
Azerbaijan · Azərbaycan
PRIO Dairəvi Kanal Fanlar · Systemair