Systemair Application area (Skyline)

Yaşayış məkanlarında havalandırma

Yaşayız sahənizdə şərtləndirilmiş təravətli və təmiz çöl havasından zövq alın

Yaşadığınız yeri sevin

Deyimə görə “Evdən yaxşı yer yoxdur” Eviniz təravətli, təmiz olanda və həyatla çoşub daşanda sizinlə yaşayan insanlar da eyni hissləri keçirir.

Evinizin görünüşü və estetik zövgünə oxşayan, fiziki olaraq kiçik yer tutan, ətrafa yayılan səs-küy səviyyəsi az olan, asan idarəetmə və istismar üçün ağıllı və simsiz qoşulma imkanlarına malik olan həll. – Systemair şirkəti bütün dünya miqyasındakı evlərdə bütün il boyu təmiz və keyfiyyətli havanın təmin olunması üçün üstün keyfiyyətə malik olan bir sıra İsitmə, Havalandırma və Hava Kondisionerləşməsi (HVAC) həllərini təklif edir.

Üstün hava keyfiyyəti

Az enerji istehlakı

Etibarlı istismar

Aşağı səs səviyyəsi

Ətrafla ahənglik imkanı

Normativ və qaydaların tələblərini qarşılayır

Systemair şirkətinin bütün HVAC həlləri Qlobal bazarda ən yüksək məhsul sertifikatlaşması ilə müşaiyət olunur.

Systemair şirkətində biz sadəcə keyifyyətli texnologiya və məhsulları təchiz etmirik. Biz layihənin uğur qazanması üçün sizin tərəfdaşınız qismində çıxış edirik. Məhz buna görə bizim hər bir regionda yerli hökumət orqanları və sakinlərin tələblərini və tikinti normativlərini qarşılamaq üçün güclü səriştəsi olan ayrıca fəaliyyət göstərən mütəxəssislər komandamız var.

Tobias Sagström
Qlobal Məhsul Meneceri / Yaşayış Məkanları | Systemair

Niyə görə Systemair seçimini etməlisiniz?

Shutterstock 1105116683

Çöldəki havanı içəri gətirin.

Qapalı məkanlarda havanın yüksək keyfiyyəti sakinlərin sağlamlığı və həyat tərzi üçün mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə Systemair şirkətinin yaşayış binaları üçün nəzərdə tutulan bürün HVAC həlləri çöldəki böyük həcmdə olan təravətli, təmiz və yaxşı dövriyyə edən havanı qapalı məkanlara gətirmək məqsədini daşıyır.

Burada məqsəd dünyada harada yaşamasından asılı olmayaraq hər kəsin qapalı məkanlarda üstün hava keyfiyyətindən faydalanmasını təmin etməkdir.

İstismar xarakteristikalarından əlavə olaraq, gözəl estetik gprünüş və aşağı səs səviyyəsi yaşayış binalarındakı HVAC həllərində həlledici rol oynayır. Çünki söhbət sadəcə insanların nəfəs aldığı havanın keyfiyyətindən yox, isitmə və soyutma qurğularının sakinlərin həyat tərzində necə təsir etməsindən gedir. Buna görə biz sadəcə yaxşı işləyən deyil, eyni zamanda o qədər də nəzərəçarpmayan HVAC həllərininn təklif edilməsinə xüsusi əhəmiyyət veririk. İçəridən və çöldən yaxşı görünən və rahat ab-hava təmin edən yaşayış məkanları üçün.

Klaus Lang
Məhsul Sahə Direktoru / Yaşayış məkanlarının havalandırması
Hmi Touch Black Right Angle View

Asan quraşdırma və idarəetmə

Systemair şirkətinin yaşayış məkanları üçün nəzərdə tutulan HVAC həlləri layihənizə çatdırılmadan öncə sizin spesifikasiyalara müvafiq olaraq əvvəlcədən yığılır və sınaqdan keçirilir. Burada məqsəd bu qurğular sizə təhvil verilən kimi onların quraşdırılmasıdır.

Lakin istismarın sadəliyi bununla bitmir. HVAC qurğularınızdakı istifadəçi üçün rahat olan idarəetmə panellərindən tutmuş smartfon tətbiqlərinə kimi siz istənilən otaqdan və ya istənilıən cihazdan isitmə və havalandırmadan tutmuş hava kondisiyalaşdırmasına qədər hər şeyi idarə edə bilərsiz.

Tikinti normativlərinin tələbləri, enerji istehlakı, sağamlığa faydaları və ya uzunmüddətli istismar xüsusiyyətlərində maraqlı olub olmadığınızdan asılı olmayaraq fərəh hissə ilə deyə bilərik ki, bizim bu günün yüksək istismar xüsusiyyətli evlərin bütün ehtiyaclarını qarşılamaq üçün geniş çeşidli məhsullarımız var.

Pablo Varela
Qlobal Məhsul Direktoru | Systemair Qrup
Gettyimages 956366592 Print

Sağlamlıq və təhlükəsizlik birinci növbədə gəlir

Termperatur və emissiya olunan dioksid karbonun səviyyəsinə nəzarət üçün avtomatlaşdırılmış və tələb əsaslı sistem tənzimləmələrindən tutmuş yeraltı parkinq, zirzəmi və anbarlar üçün ağııllı havalandırma sistemlərinə qədər Systemair şikətinin həlləri sakinlərinizin sağlamlığı və təhlükəsizliyini ən yaksək prioritet kimi təmin edir.

Systemair şirkəti, həmçinin, sağlamlıqla bağlı ən yüksək qaydaları və tələbləri qarşılayan yanğın təhlükəsizliyi və təhlükəsizlik tədbirlərinin tələblərinə cavab verən məhsulları təklif edir. Alov, tüstü və təhlükəli qazlarının yayılmasının qarşısını almağa köməklyin göstərilməsi

Shutterstock 1114829075

Həmişə qulluğunzda hazırıq.

Tək ailə üçün nəzərdə tutulan evi tikməyinizdən və ya bütün yaşayış kvartalını təmir etməyinizdən asılı olmayaraq Systemair tərəfindən sakinləriniz üçün həftənin 7 günü, 24 saat ərzində müştəri xidməti və texniki xidmət göstərilir.

Burada məqsəd sizin layihədə iştirakınızdan sonra uzun müddət ərzində HVAC sistemlərinin ən yaxşı şəkildə istismarı və işləməsini təmin etməkdir.

SAVE
Hər ev üçün zərif, təmiz və təmiz hava.
Topvex
Asan quraşdırma və sürətli çatdırılma üçün kompakt və standartlaşdırılmış kondisionerlərin geniş çeşidi.
Topvex FCU
Topvex FSU
SYSPLIT WALL PRIME
2,7-7,3 kVt • R32 Bütün otaqlar üçün daxili blok, xüsusilə kiçik ofislər və yaşayış binaları üçün divar quraşdırılması üçün nəzərdə tutulmuşdur